Fərid İman ifaçıların adlarını açıqladı

Fərid İman ifaçıların adlarını açıqladı

Aranjimançı Fərid İman hazırda bir çox sənətçilərlə işbirliyinin olduğunu söyləyib. SİA-ya açıqlama verən Fərid sözügedən müğənnilərin adlarını da açıqlayıb: "Hazırda şou-biznesin bir çox üzvü ilə birliyimiz var. Belə ki, Xatirə İslamla, Elton Hüseynəliyevlə, Natəvan Həbibi ilə yeni mahnılar üzərində çalışırıq. Xatirə İslam və Natəvan Həbibi sözləri meyxana ustası Aqşin Fatehə, musiqisi Nazim Məmmədova aid bəstə hazırlayırlar. Hələ ki, mahnılar aranjimandadır. Tezliklə aranjiman işləri bitəcək. Qısa zaman ərzində sözügedən mahnılar dinləyicilərin ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə