Azər Axşam yeni layihə ilə qarşınıza gələcək

Azər Axşam yeni layihə ilə qarşınıza gələcək

"Xəzər" telekanalında "Qaraoki" adlı yeni veriliş başlayır. SİA-nın verdiyi xəbərə görə, fevraldan efirə gedəcək səs-küylü layihənin aparıcısı Azər Axşam olacaq. Əyləncəli şou ilkin 3 mərhələdən və finaldan ibarətdir. Qalib 1000 manat qazanacaq.

Finala yüksələn iştirakçını akvarium, sürünənlər, şok terapeya, qorxulu dəhliz, dəhşətli qutular, bir sözlə həyəcan və yüksək gərginlik gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə