Elariz nələr planlaşdırır?

Müğənni Elariz Məmmədoğlu klip çəkdirmək istədiyini dilə gətirib. SİA-ya açıqlama verən ifaçı yeni aranjiman olunan mahnısına ekran işi verdirəcəyini söz verib: "Hazırda bir neçə mahnım aranjimandadır. Sözləri Vüqar Əhmədə, musiqisi özümə aid olan bəstəyə klip çəkdirmək niyyətindəyəm. Bundan başqa klassik mahnıları yeni aranjimanda ifa etmək istəyirəm. Düşünürəm ki, yaradıcılığım haqqında planlaşdırdığım işlər tezliklə və uğurla həyata keçər".

Bütün xəbərlər Facebook səhifəmizdə