Elçin klipinə kimi çəkir? FOTO

Müğənni Elçin Cəfərov "De, adın nə sənin?" mahnısına klip çəkdirir. SİA-ya bu haqda ifaçının mətbuat katibi Kazım Sübhan məlumat verib: " Klipin rejissoru Ramil Quliyevdir. Ekran işində baş rolu "Miss İntercontinental" və "Miss Azərbaycan 2013"müsabiqələrinin qalibi Humray Qulamova canlandırır. Humraya çəkiliş üçün qonorar da ödənilib. Mahnının sözləri və musiqisi müğənni ilə daim əməkdaşlıq edən Elməddin Həmidovundur".

Bütün xəbərlər Facebook səhifəmizdə