Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Eurovision-2015 təşkilat komitəsinin məlumatına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.
Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) çıxış edəcək.
Qeyd edək ki, yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq. Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB