"O səs Türkiyə" yarışmasından həmyerlimiz, müğənni Aygün İsmayılova uzaqlaşdırılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu haqda sosial şəbəkədə yazıb: "Xoşbəxtəm. Çünki məni münsiflər yox, əllərinə düyməcik verilən məktəb uşaqları müsabiqədən çıxardı. Dünyanın halına bax".
Qeyd edək ki, A.İsmayılova müsabiqədə dördüncü turda idi. O, "Birə bir" adlanan mərhələdə Büşra adlı rəqibi ilə yarışıb, ona qalib gəlmişdi. A.İsmayılova Mazhar Alanson və Özkanın komandasında yarışırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB