“Yazması Elzadan, yozması eldən” ŞEİR

“Yazması Elzadan, yozması eldən” ŞEİR

Müəyyən kütləni özünə cəlb etməyi bacaran Elza Seyidcahan tənqid atəşinə tutulsa da yenidən şeir yazıb. SİA-nın verdiyi xəbərə görə, şeirlərin müzakirə obyekti olmasına əhəmiyyət verməyən bəstəkar-müğənni yeni şeirini "İnstagram" səhifəsində paylaşıb. Elza Seyidcahan şeirin sonunda "Yazması Elzadan, yozması eldən" yazıb və "Eşq səni yaşadırsa, eşq olsun o eşqə" deyə əlavə edib.

Həmin şeiri təqdim edirik:

Özümə eşq axtarıram.
Mənə sadiq, layiq olsun...
Çünki mən oz sevgilimə
Etibarlı bir Hürrəməm.
Hümkar sevgilim olmasa,
Esg səfərindən dönmərəm!
Bu səfərdən döndərməyə
Gücün çatır döndər məni!
Bəlkə sənsən eşq yoluna
Sığal çəkib gəzən məni?
Döndər məni o üzünə
Çöndər məni bu üzümə.
Mən də baxım bu üzünə...
Mən də baxım səmalarda
Göy üzündə bizim kimi
Dəlicəsinə bir-birinə naz eləyən
Mələklərin süzməsinə...
Üzməsinə, sevməsinə...
Orda bir şey tapmayacam
Onu bildim!
Yalanların keçməsini
Yalanların ötməsini.
Onda bəlkə göy üzünə
Gedək aşqım?!

Bütün xəbərlər Facebook səhifəmizdə