Sənətçi Hülya Avşar sosial mediada onu təhqir edən həmkarı Yıldız Tilbə haqqında danışıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı geriyə addım ataraq "Mən belə demək istəmədim" söyləyib: "Biz onu belə qəbul etmişik. Yəqin ki, kimsə Yıldızın qulağını doldurub. Halbuki, mən ona çirkin demək istəməmişəm. Əksinə, onun bir tərzi olduğunu söyləmişəm. Yarışmadakı qız çox gözəl olduğundan ona gözəl demişəm. Yıldız çirkin deyil, amma qız çox gözəl idi".
Qeyd edək ki, TV8-də yayımlanan dəb proqramı "Bu tarz benim"də qonaq olan müğənni Hülya Avşar Yıldız Tilbenin ifa, rəqs və geyim tərzini təqlid edən yarışmaçı Gülşah haqqında "ona bənzəmədin, çünki daha gözəlsən" söyləyib. Bu sözlərindən sonra "Təbii ki, Yıldız səhv başa düşməsin, mən ona çirkin demədim" deyərək vəziyyəti düzəltməyə çalışsa da, Tilbe öz "Twitter" səhifəsində hadisəyə sərt reaksiya bildirərək həmkarını təhqir etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB