Müğənni Natəvan Həbibinin prodüser Tolikə qarşı "Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair" iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb. SİA-nın verdiyi xəbərə görə, məhkəmə yenə də sənətçinin xeyrinə qərar çıxarıb. Bu haqda Tolik sosial şəbəkədə yazıb:"Məhkəmədə qərar qüvvədə qaldı. Bu qərarla razı deyiləm. Öz fikrimdə qalıram. Laçının işğalı günü konsert vermək istəyən hər bir müğənni mənim üçün ermənidir. Azərbaycan qanunlarına hörmət edirəm, amma mən üzr istəməyəcəm. Ondansa məni ölkədən qovun. Ondan üzr istəsəm, axırıncı adam olaram. Ali məhkəmədə özüm çıxış edəcəm. Sevinmə! Səndən üzr istəsəm də, istəməsəm də əsas odur ki, fəaliyyətin əlimdədir. Nə toyun var, nə də tədbirlərin. Əsas odur ki, səni hər yerdən çıxartmışam, evdə oturmusan. Sənin arxan burada kömək olmayacaq. Nəyə narahat olacam. Narahat sən ol ki, 150 manata proqramlarda oxuyursan".
Qeyd edək ki, N.Həbibi xalq artisti Aygün Kazımova, prodüser Tolik və klipmeyker Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, A.Kazımova, Tolik və Z.Ağayev Natəvan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. Tolik isə Apellyasiya Məhkəməsinə müraciət etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB