Təranə Qumralın və Musa Musayevin gündəmdə qalmağına səbəb nədir?
Gündəmdə olmağı bacaran Təranə Qumral və Musa Musayev cütlüyü bunun səbəbini açıqlayıb. SİA-ya açıqlama verən Təranə tamaşaçılar tərəfindən çox sevildiklərini iddia edib: "Bildiyiniz kimi bir müddət öncə lazımsız insanlar Musayla aramda soyuq münasibət yaratdılar. Amma onlar istəklərinə nail ola bilmədilər. Çünki Musa səhvini başa düşərək ailəsinin yanına qayıtdı. Həmin ərəfədə də kanallar, saytlar bizim şəxsi həyatımızı müzakirə etdilər. Bu da bizim gündəmdə olmağımıza şərait yaratdı. Hətta toylarımızın sayı çoxaldı. Artıq o söz-söhbətlər geridə qalıb. Amma yenə də efirlərdəyik. Bir çox verilişlərdən dəvət alırıq. Məncə buna səbəb biz xalq üçün maraqlı simayıq və bizi sevirlər. Mahnılarımızı isə böyük həvəslə dinləyirlər. Düşünürəm ki, biz heç vaxt gündəmdən düşməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB