Müğənni və teleaparıcı Vüsalə Rəcova şou-biznesin yazılmayan qanunlarından danışıb. SİA-ya açıqlqma verən sənətçi məhşurlaşdıqdan sonra keçmişini unudan şou əhlini qınayıb: "Heç kim bələkdən tanınmış olmur. Şou-biznesdə elələri var ki, məhşurluğundan istifadə edib, salam belə vermir. Heç mən də onların salamını almıram. Çünki mən özümü onlardan əskik saymıram. Məhşurdu deyə arxasınca düşmək fikrim yoxdur. Bəziləri də var, ikiüzlü danışır, səhnədə oxuyanda dediyi təriflər, efirə çıxanda, "mən o ifaçını tanımıram" fikri ilə əvəzlənir. Təəssüf edirəm ki, bəzi ifaçılar keçmişlərinə boylanmaq istəmir".
Qeyd edək ki, sənətçi oğlu Ülviyə ad günü keçirmək üçün tezliklə İstanbula səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB