Kutsi yenidən ekranlarda olacaq

Türkiyəli müğənni-aktyor Kutsi yenidən tamaşaçılarını sevindirəcək. SİA-nın verdiyi xəbərə görə, aktyor "Bəyaz yalan" adlı yeni serialla ekranlara qayıdır. Müğənniyə təklif "Qardaş payı" və "Qaçaq gəlinlər" seriallarına prodüserlik edən "NTC Media" tərəfindən gəlib. Kutsinin tərəf müqabili isə "Qaçaq gəlinlər"də Kainat obrazını canlandıran aktrisa Dəniz Baysal olacaq. Gülməz Pakmanın rejissorluğu ilə çəkilən serialda bir-birlərinə çox bənzəyən Alara və Mələk adlı qızların yer dəyişdirərək sevgililərini çaş-baş salmalarından bəhs ediləcək.

Qeyd edək ki, serialın çəkilişlərinə bu ayın sonunda başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə