Sənətçi oğluna mahnı həsr etdi

Müğənni Sevinc Ağaşirinova yaradıcılığında yeniliyə imza atacaq. SİA-ya açıqlama verən ifaçı yeni bəstə yazdırdığını deyib: "Oğlum Yahyanın ad günüdən sonra hələ də özümə gələ bilməmişəm. Sanki çox yorğunam. Amma buna baxmayaraq, işlərimə fasilə verməmişəm. Belə ki, yeni bəstə üzərində çalışıram. Mahnı aranjimandadır. Nəğmə "Məni balamdan ayırmayın" adlanır. Bu bəstəni çox sevdiyim övladıma həsr etmişəm. Tezliklə dinləyicilərimə təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə