Müğənni Elçin Cəfərovdan xəbər var. SİA-ya açıqlama verən ifaçının mətbuat katibi Kazım Subhan Elçinin klip çəkdirdiyini deyib: "Elçini sevənləri çox olduğu üçün daima ondan yenilik gözləyirlər. Odur ki, E. Cəfərov yeni lentə aldırdığı "De, adın nə sənin?" adlı mahnısına klip çəkdirir. Hələ ki, çəkiliş işləri gedir. Yaxın günlərdə Elçin yeni ekran işini təqdim edəcək. İfaçı klipi tamaşaçılarının ixtiyarına verdikdən sonra yeni mahnılarını ərsəyə gətirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB