Aktyor həqiqətlərdən danışdı

Aktyor Muşviq Şahverdiyev türk filmləri ilə yerli kinolarımızı müqayisə edib. SİA-ya bu haqda aktyorun özü ətraflı danışıb: "Azərbaycanlı tamaşaçılar qardaş ölkənin filmlərini yerli ekran işlərimizdən daha çox sevərək izləyirlər. Buna səbəb isə Türkiyədə lentə alınan kinoların effektli olmasıdır. Burada maddi baxım böyük rol oynayır. Elə kamera var ki, kirayəsi çox bahadır. Digər kamera isə ucuzdur. Bizim də maddiyyat problemimiz olduğu üçün, ucuzluğa can atırıq. Ancaq dəstəyimiz çox olsa, yaxşı işlər ortaya qoya bilərik. Odur ki, gəlin, kinoların çəkilməyi üçün gücümüzü bir yerə qoyaq və tamaşaçılarımızı əcnəbi kinolara baxmağa məruz qoymayaq".

Bütün xəbərlər Facebook səhifəmizdə