Türkiyəli aktyor Tolqa Karel Azərbaycana səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, aktyor "Kod adı K.O.Z." filminin qala gecəsinə qatılacaq. T.Karel bu haqda "Facebook" səhifəsində yazıb: "Son 20 ilin ən böyük layihəsi "Kod adı K.O.Z."un qala gecəsinə az qaldı. Bütün sevənlərimlə bu tarixlərdə birlikdəyik. Fevralın 11-də Türkiyədə, 12-də Ankarada, 13-də Konyada, 15-də Trabzonda, 26-da Almaniyada, 27-də Avstraliyada, martın 1-də Hollandiyada, 12-də Azərbaycanda olacam".
Nəzərinizə çatdıraq ki, Tolqa ilə birlikdə qala gecəsində G. Musayeva da iştirak edəcək. Model ekran işində Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) agenti Zeynəb obrazını canlandırır. "Kod adı K.O.Z." Türkiyədəki 17 dekabr hadisələrindən (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.), prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edir.
Qeyd edək ki, ekran işinin qala gecəsi martın 12-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB