Müğənni Yeganənin növbəti bacarığı üzə çıxıb. SİA-ya açıqlama verən ifaçı yeni mahnı yazdığını bildirib: "Müğənniliklə yanaşı söz yazarı olaraq özümü sınadım. Yaxşı da qarşılandı. Hazırda yeni mahnı ərsəyə gətirirəm. Düşünürəm ki, yeni yazdığım bəstə də seviləcək".
Hazırda Türkiyədə olan müğənni tezliklə vətəninə gələcəyini də deyib: "Azərbaycanıma tez-tez səfər etsəm də, vətənim üçün çox darıxmışam. İnşallah tez bir zamanda azəri dinləyicilərimin yanında olacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB