Şou-biznesdə daha bir küsülülüyün təməli qoyulub. SİA-nın verdiyi xəbərə görə, verilişlərin birində müğənni Nadir Qafarzadənin aşıq Mübarizi yamsılması problem yaradıb. Belə ki, Mübariz Nadirdən inciyib: "Mən bilmirdim ki, sənətçilərin toyu azalıb. Nadirin sazı əlinə alıb, yerə tərəf tutaraq məni yamsılaması çox xətrimə dəydi. Çünki mən sazı elə çalmıram".
Mübarizin dediyi sözlərə qarşı tərəf cavab verib: "Mən bilməzdim ki, Mübariz məndən inciyər. Mən onun xətrini çox istəyirəm. Əgər mən onu təqlid edirəmsə, demək ki, o gündəmdə olan insandır. Onu da deyim ki, Mübariz səhnədə aşıq çalanda şou göstərir. Bu da onda gözəl alınır".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB