Müğənni Kərim Abbasov yeni klip çəkdirir. Bu haqda SİA-ya ifaçının prodüseri Məmməd Məhərrəmov məlumat verib: "Kərim yenə kamera qarşısına keçəcək. "Ürəyim yanar" adlı bəstəsinə klip çəkdirir. Ekran işi üçün hələ ki, məkan seçilməyib. Rejissor baxımından da seçim edirik. Onu da deyim ki, mahnının sözləri Elçin Mirzəbəyliyə, musiqisi Əhməd Abbasa aiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB