Türkiyəli rəqqasə Asena 2003-cü ildə qalmaqallı şəkildə ayrıldığı sevgilisi müğənni İbrahim Tatlıses haqqında danışıb. SİA-nın verdiyi xəbərə görə, Asena 4 il sevgili olduğu ifaçını tərifləyib: "Məkanlara gedəndə bilərəkdən dj-lər onun mahnısını səsləndirir. Anlamırlar ki, səsinə, mahnılarına hər zaman böyük hörmətim var. Mahnılarını həmişə dinləyirəm, özüm də oxuyuram. Hətta İbrahimin mahnılarına qulaq asaraq, xoşbəxt oluram. Yaşadıqlarımızla sənəti qarışdırmaq olmaz. Yaşanılan hər şeyi Allaha həvalə etdim. Vecimə də deyil. Əhəmiyyət vermirəm, əsəbləşmirəm də".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB