Bəstəkar Nazim Məmmədov müğənni Xatirə İslamla bir araya gəlib. SİA-ya bu haqda Nazim Məmmədovun özü açıqlama verib: "Xatirə xanımla yeni bəstə üzərində işləyirik. Fərqli mahnıdır. Bəstənin sözləri meyxana ustası Aqşin Fatehə, aranjimanı Fərid İmana məxsusdur. Lirik mahnıdır. Bəstə hələ ki, aranjimandadır. Tezliklə işıq üzü görəcək. Onu da deyim ki, Xatirə xanımla ümid edirik ki, yeni işimiz uğurlu olacaq və layihələrimizin ardı gələcək".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB