Xalq artisti Mübariz Tağıyev illər öncəyə qayıdıb. SİA-ya açıqlama verən sənətçi bundan sonra heç bir yarışmada münsif kürsüsündə əyləşməyəcəyini deyib: "Bir vaxtlar dəyərli yarışmalar var idi. Həmin yarışmalara xalq artistləri ilə juri qismində qatılırdıq. Bu yarışmalar tamaşaçılarda da böyük marağa səbəb olurdu. Hazırda isə belə layihələr demək olar ki, yoxdur. Ələxsus onu da bildirim ki, sms vasitəsi ilə qalibi seçmək düzgün deyil. Çünki sənətə əmiyə, dayıya görə gəlmək olmaz. Səhnədə ifaçılarımız səslərinin gücü ilə qalib olub, səsi olmayan həmkarlarına meydan oxumalıdırlar. Əfsuslar olsun ki, hazırda belə hallar çox azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB