İki gündür "Kiçik gəlin" serialının baş rol aktyoru Orxan Şimşəkdən xəbər yox idi. SİA-nın verdiyi xəbərə görə, məşhur aktyor yoxa çıxmışdı. Sonuncu dəfə atasıyla birlikdə getdiyi Yalovoda görünən sənətçinin yanında telefon da olmadığı üçün əlaqə qurmaq mümkün olmamışdı. Nəhayət ki, Türkiyə polisi tərəfindən axtarılan Orxan tapılıb. Aktyorun mətbuat katibi bununla bağlı açıqlama verib: "Aktyor Orxan Şimşək bu gün evinə qayıdıb. Səhhətində problem yoxdur. Lazımi açıqlamanı sonra özü edəcək".
Qeyd edək ki, aktyorun anasının dediyinə görə oğlunun psixoloji problemləri var və üç aydır dərmanlarını istifadə etmədiyi üçün epileptik tutmalar keçirdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB