Elariz Məmmədoğlu hansı xalq artistinin mahnılarını oxuyacaq?
Müğənni Elariz Məmmədoğlu yeni mahnılar lentə aldırdığını söyləyib. Bu haqda SİA-ya ifaçının özü məlumat verib: "Yeni mahnılar ərsəyə gətirirəm. Musiqisi Eldar Mansurova, sözləri Vüqar Əhmədə aid olan bəstəm aranjimandadır. Həm də sözləri və musiqisi mənə məxsus olan yeni mahnılar hazırlayıram. Tezliklə onlar da işıq üzü görəcək. Onu da deyim ki, xalq artisti Yalçın Rzazadənin repertuarına da müraciət edib, yeni aranjimanda bəstələri dinləyicilərin ixtiyarına verəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB