Müğənnilər Təranə Qumral və Musa Musayev cütlüyü maraqlı addım atıblar. SİA-ya açıqlama verən Təranə Qumral Musa Musayevlə seriala çəkildiklərini bildirib: "Komik serial olan "Qız atası" ekran işinə çəkilmişik. Serialda elçilik mərasimində iştirak etmişik. Onu da deyim ki, aktrisalıq müğənnilikdən çətindir. Çünki mən adi həyatda da rola girməyi bacarmıram. Düşünürəm ki, Musayla maraqlı obraz yaradaraq, tamaşaçılara xoş anlar yaşadacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB