Təşkilatçı Samir Xəttab özündən çıxıb. SİA-nın verdiyi xəbərə görə, fərqli fikir səsləndirərək, bəzi sənətçiləri ittiham edib: "Son zamanlar statusundan asılı olmayaraq, sənətçilər Üzeyir Mehdizadənin stilində oxuyur. Belə ki, bir vaxt irad tutduqları Üzeyirin musiqilərindəki ritm və səslərdən geniş istifadə etməyə başlayıblar. Hətta bir zamanlar onun mahnılarının sözlərini bəyənmirdilər. Amma indi kütləvi şəkildə o sözlərdən istifadə edirlər. Nə oldu? Üzeyir oxuyanda aranjiman bayağı idi. Ancaq siz səsləndirəndə peşəkar oldu? Bunları bu gün deyirəm ki, sabah gec ola bilər. Çünki Üzeyir Mehdizadənin janrının oğurluğu baş verir. Bir gün baxacağıq ki, kimsə bu janra yiyələnib. Sonda onu demək istəyirəm ki, mən Azərbaycanın adını dünyanın bir çox ölkələrində tanıdan, saysız hesabsız konsertlər verən, xaricə toydan çox konsertlərə gedən, xarici ölkələrdə stadionlar dolduran, inqilab edib yeni janr yaradaraq ardınca kütlə aparan Üzeyir Mehdizadədən danışıram. Arzu edirəm ki, hər bir sənətçimiz yad ölkələrdə belə sevilsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB