Aygün Kazımova “Big Apple Music Awards 2015” müsabiqəsində

Aygün Kazımova “Big Apple Music Awards 2015” müsabiqəsində

Xalq artisti Aygün Kazımova "Big Apple Music Awards 2015" müsabiqəsində Azərbaycanı təmsil edəcək. SİA-nın verdiyi xəbərə görə, bu haqda müsabiqənin rəsmi internet səhifəsində yazılıb. Dünyanın bir çox yerindən məşhur simaların qatıldığı yarışmada ən yaxşı ifaçılar mükafata layiq görülürlər. Mükafatlandırma gecəsi iyunun 14-də Nyu-Yorkda baş tutacaq. Müsabiqənin nominantları arasında Tarkan, Əmir Diab kimi məşhurların da adı yer alıb.

Qeyd edək ki, 2007-ci ildən keçirilən "Big Apple Music Awards" müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar. Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər.

Bütün xəbərlər Facebook səhifəmizdə