Xəbər verdiyimiz kimi, "Günaydın" verilişinin aparıcısı Vüsalə Kərimova proqramı tərk edib. SİA-nın verdiyi xəbərə görə, yerli saytlarda aparıcının müəllifi olduğu verilişi tərk etməsinə səbəb kimi bir müddət öncə müğənni Xatirə İslamla yaşadığı qalmaqal göstəriliir. Xatirəni verilişinə dəvət edən Vüsalə ona müğənni Rüfət Axundovla eşq yaşadığı barədə sual vermiş, bundan sonra isə müğənni ilə aparıcı arasında qalmaqal yaşanmışdı. Xatirə öz növbəsində üstüörtülü şəkildə aparıcı V. Kərimovanın kimlə sevgili olduğunu açıqlaya biləcəyini demişdi. Vüsalənin isə subay olduğunu və kiminləsə sevgili olmağının problem olmadığını, Xatirənin isə evli olduğunu deməsi ciddi qalmaqala səbəb olmuşdu. Deyilənə görə, bu dava da Vüsalə Kərimovanın "Space"dəki karyerasının sonlanmasına səbəb olub.
Məsələ ilə bağlı Xatirə İslamın da fikirlərini öyrəndik: "Əslində bunu sizdən eşidirəm. Bu haqda ümumiyyətlə danışmaq istəmirəm. İlk və son dəfədir danışıram və sizin vasitənizlə hər kəsə müraciət edirəm ki, bu məsələ ilə bağlı məni heç kim narahat etməsin. Mən bu haqda danışmayacağam. Heç kimə hesabat verməyi də sevmirəm. Bircə kəlimə onu deyəcəyəm ki, belə şeylər bizim mentalitetə yaraşmır. Ayıbdır!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB