Xoşqədəm ad günündə niyə ağladı?

Xoşqədəm ad günündə niyə ağladı?

Bu gün aparıcı Xoşqədəm Hidayətqızının 41 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, aparıcı ad günü ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb: "Nədənsə hər il ad günümdə doğulduğum torpağıma, kəndimə getmək istəyirəm. Deyirlər, insan yaşlandıqca doğulduğu yerə daha çox can atır. Yaşımın üstünə yaş gəldikcə bunun həqiqət olduğuna inandım. İçimdən dəli ağlamaq keçir. Narındar üçün, onsuz keçən 24 il üçün... İnanın, 24 ildir doğum günümü xatırlamıram. Hər dəfə yaxınlarımın zəngi, kollektivimizin SMS-ləri mənə xatırladır ki, sən demə, mən 13 yanvarda doğulmuşam".

Bütün xəbərlər Facebook səhifəmizdə