Məşhur cütlük boşandı FOTO

Xəbər verdiyimiz kimi, model Çağla Şikel və müğənni Emre Altuğ boşanmaq istəyirlər. SİA-nın verdiyi xəbərə görə, məhkəmə 7 illik evli olan cütlüyü boşayıb. Məhkəmə cütlüyün uşaqlarının vəsalətini Çağlaya verib.

Məşhur cütlük təxminən 10 dəqiqə ailə məhkəməsi zalında olub. Boşanmadan sonra Emre junalistlərin suallarına cavab verməyib. Çağla isə sadəcə "xoş günlər" deyərək kifayətlənib.

Onlar arxa qapıdan çıxaraq gəldikləri kimi, eyni maşında ərazidən uzaqlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə