Xeyli müddətdir "Günaydın" verilişinə aparıcılıq edən Vüsalə Kərimova işdən ayrılıb. Deyilənlərə əsasən, buna səbəb "SOY" prodakşının rəhbəri Oktay Əliyevlə müğənni Xatirə İslama görə qalmaqal yaşamasıdır.
Məsələ ilə əlaqədar olaraq Vüsalə Kərimova ilə əlaqə saxladıq. O, SİA-ya baş verənlər haqda ətraflı məlumat verdi: "Özüm işdən ayrılmışam. Oktay müəllimlə də heç bir problemim yoxdur. Bir az bundan öncə Oktay müəllimlə telefon əlaqəsi yaratmışdım. Hər şey yaxşıdır. İşdən çıxmağıma da səbəb Xatirə İslam deyil. Xatirəylə efirdə yaranan qalmaqaldan sonra üzbə-üz gəlməmişəm. Əgər onunla qarşılaşsam salamlaşaram. Salamımı almazsa da cəhənnəmə alsın. Sadəcə olaraq mən çətin adamam. Əgər xasiyyətim normal olsaydı evimdə kişi olardı. Onu da deyim ki, verilişi tərk etməyimə sevinənlər çox ola bilər. Çünki bəziləri yaxşı və pis üzlərini ortaya qoyub, özlərini reklam edirlər. Onların mənim üçün gülməkləri və ya ağlamaqları önəm kəsb etmir. Əgər kimlərinsə mənim haqqımda düşünəcəklərini fikirləşsəydim indi burda yox, başqa yerdə olardım. Əsas odur ki, mənə necə xoşdur. Bundan sonra "Günaydın" verilişini əməkdar artist Mehriban Xanlarova aparacaq. Sözügedən layihəni məndən sonra ancaq əməkdar artist idarə edə bilərdi. Odur ki, düzgün seçimdir. Xüsusi ilə qeyd edim ki, kanallardan təklif var. Dəvətlərdən birini rejissor Nail Naiboğlu edib. Qonorarla razılaşsam, bu təklifi düşünəcəm. Diqqətinizə çatdırım ki, yeni aparıcılıq etdiyim verilişlər şou xarakterli olmaya da bilər. Çünki bilirsiniz ki, qonşu kanallardan birində xəbər aparıcısı olmuşam və bunun sayəsində bir çox sahələrdən verilişlər hazırlaya bilərəm. Əsas odur ki, maaşı məni qane etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB