Elnarə Abdullayeva səhnədən gedir?

Elnarə Abdullayeva səhnədən gedir?

Xanəndə Elnarə Abdullayeva verilişlərin birində fevral ayında verəcəyi konsertdən sonra səhnəni tərk edəcəyini deyib. Bu haqda SİA-ya açıqlama verən xanəndə xəbəri təkzib edib: "Verilişdə aparıcı Zaur Kamal fevral ayında verəcəyim konsertdən sonra səhnəni tərk edəcəyimi dedi. Amma yalandır. Zaur ağzına gələni danışır. Zaur o sözləri efir xatirinə deyib. Səhnəni tərk etmək fikrində deyiləm".

Əməkdaşımız Elnarə xanımla əlaqə saxlayan zaman xəstəxanada olduğunu bildirdi. Onun dediyinə görə, ifaçının nevroloji problemi var. Eyni zamanda boğazındakı bəzi narahatçılığa görə həkimə üz tutmalı olub.

Qeyd edək ki, xanəndə Elnarə Abdullayeva fevral ayının 20-də Heydər Əliyev Sarayında "Zəfər çalacağıq" adlı konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə