“İlin Ulduzları" seçildi FOTOLAR

Yıldız Texniki Universitetinin tələbələri tərəfindən təşkil olunan "İlin Ulduzları Mükafatlandırma Mərasimi" baş tutub. SİA-nın verdiyi xəbərə görə, 5 min tələbənin səsiylə təyin olunan "2014-ci ilin ən yaxşıları"na mükafat verilib. İş, sənət və mətbuat dünyasının öndə gedən adlarını bir araya gətirən gecədə 32 kateqoriyada mükafat paylanıb.

Gecədə Kənan İmirzalıoğlu "Ən çox bəyənilən kişi serial aktyoru", Serenay Sarıkaya "Ən çox bəyənilən qadın serial aktrisası", Demet Evqar "Ən yaxşı qadın teatr aktrisası", Okan Yalabık "Ən yaxşı kişi aktyor", Sıla isə "Ən çox bəyənilən qadın müğənni" seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə