Nadir nakam sevgidən oxudu

Müğənni Nadir Qafarzadə yeni mahnısını təqdim edib. Bu haqda SİA-ya mahnının müəllifi Tural Bayraməliyev məlumat verib: "Lentə yazılan mahnı "Döy qapımı" adlanır. Bəstə Türkiyədə aranjiman olunub. Mahnı nakam sevgidən bəhs edir. Bəstəyə xarici ölkədə ekran işi də çəkiləcək. Artıq kliplə bağlı hazırlıqlar başlayıb".

Qeyd edək ki, bəstəkarla Nadir Qafarzadənin sayca üçüncü işidir.

Bütün xəbərlər Facebook səhifəmizdə