Müğənni İrem Derici qəzəblənib. SİA-nın verdiyi xəbərə görə, ifaçı ona "Ən yaxşı çıxış edən müğənni" mükafatı verən tələbələrə əsəbləşib. Mükafatlandırma haqda sosial şəbəkədə yazan müğənni tələbələri "mal" adlandırıb və "Mərasimə gəlsən, mükafat var, yoxsa mükafatı başqasına verəcəyik" təhdidinə qəzəblənib:"İki ildən çoxdur səhnədəyəm, mənə "Ən yaxşı çıxış edən müğənni" mükafatı verməyə cürət edən mal universitet klubları... Siz tələbəsiniz, mən buna təəssüflənirəm. "Mərasimə gəlsən, mükafat var, yoxsa mükafatı başqasına verəcəyik" deyirsiz".
Qeyd edək ki, müğənninin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən yaxşı qarşılanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB