Aparıcının 25 yaşını belə təbrik etdilər FOTOLAR

Aparıcının 25 yaşını belə təbrik etdilər FOTOLAR

Bu gün aparıcı Kəmalə Piriyevanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, aparıcının 25 yaşı tamam olur. Onu bu münasibətlə şou-biznesin tanınmış simaları təbrik edib.

Məşhurların təbriklərini təqdim edirik:

Rejissor Kənan M.M: "25 il bundan öncə soyuq yanvar ayının 9-da Piriyevlər ailəsində sap-sarı uşaq dünyaya gəldi. Ailəsi onun adını Kəmalə qoysa da, yaxınları və dostları müxtəlif adlarla çağırdılar. Məsələn Kama, Fındıq burun, Şakira sifət və bir çox adlarla səsləndilər. Ancaq o dostlarının sevimli Kamasıdır. Ad günün mübarək!".

Bəstəkar Murad Arif: "Kəmalə mehriban, səmimi və gözəl insansan. Arzu edirəm ki, hər zaman həyatın pozitiv olsun. Canın sağ olsun və sevdiyin insanların yanında olasan. Toyunda "Həyat yoldaşımsan" adlı bəstəmi oxuyum. Doğum günün mübarək!"

Aktyor Fərda Xudaverdiyev: "Eşitdim ad günüdür. Elədisə, təbrik edirəm(gülür)".

Aparıcı Samir Bayramlı: "Doğum günün mübarək. Xoşbəxt ol".

Bütün xəbərlər Facebook səhifəmizdə