Müğənni müəllimi ilə konsert verməyə hazırlaşır

Müğənni müəllimi ilə konsert verməyə hazırlaşır

Müğənni Vüsalə Rəcova bu il Azəraycanda və xarici ölkədə konsertlər təşkil edəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı konsertində əsasən xalq və bəstəkar mahnıları, eyni zamanda muğamlar və təsniflər səsləndirəcək. Bəstəkar mahnıları sırasında müğənni özünün müəllifi olduğu nəğmələrə də yer ayıracaq.

Konsertlər həm solo, həm də Vüsalə Rəcovanın müəllimi, xalq artisti Mənsum İbrahimovla birlikdə nəzərdə tutulub. Təfərrüatlarını hələlik açıqlamayan sənətçi, layihə üzərində işə başlanıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə