İradə İbrahimovanın mahnısı plagiatmış? FOTO

İradə İbrahimovanın mahnısı plagiatmış? FOTO

Prodüser-təşkilatçı Humay Muxtarovanın müəllifi və aparıcısı olduğu "MEQA 10" verilişinin növbəti-dördüncü buraxılışında qonaqları müğənni Əkbər Əliyev və rejissor Kənan Musayev olublar. SİA-nın verdiyi xəbərə görə, veriliş zamanı qonaqlar çəkilən kliplərin vəziyyətindən, onların qiymətlərindən və keyfiyyət baxımından seçimindən danışıblar.

Verilişin "Plaqiat" rubrikasının hədəfi müğənni İradə İbrahimova olub. Belə ki, müğənninin ifa etdiyi "Seneler" adlı mahnısı plaqiat hesab olunub. Səbəb isə İsrailin tanınmış müğənnisi Sarid Hadadin "I am wishing you" adlı mahnısının musiqsi ilə eynilik təşkil etməsidir.

Nəzərinizə çatdıraq ki, "MEQA 10" verilişi hər həftənin bazar günü saat 22:00-dan, 23:00-dək Dünya TV-də yayımlanır.

Qeyd edək ki, "MEQA 10" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə