Günay İbrahimli gözlənilməz addım atdı FOTO

Günay İbrahimli gözlənilməz addım atdı FOTO

Müğənni Günay İbrahimli 6 ildir fəaliyyət göstərməyən prodüser Tamilla Hüseynəliyeva ilə iş birliyinə başlayıb. SİA-ya bu haqda Günayın birinci prodüseri Sevinc məlumat verib: "Bəzilərinin dediklərinə görə, guya Günayla iş birliyimə son qoymuşam. Xəbər yalandır. Sadəcə olaraq bu gündən sonra komandamıza Tamella xanım da qatıldı. İşini bilən peşəkar prodüserdir. Düşünürük ki, işimiz uğurlu olacaq".

Sevinc Günayın yeniliklərindən də söz açıb: "Bildiyiniz kimi, G.İbrahimli üzərində çalışan sənətçidir. Odur ki, ifaçı yeni bəstələr hazırlamağı planlaşdırır. Belə ki, bir çox bəstəkarlardan mahnı təklifi almışıq. Həmin bəstəkarlar sırasında Nazim Məmmədovun, Pərviz Mahmudovun və bir çoxlarının adı var. Günay onların hansının mahnısını bəyənsə, oxuyacaq".

Qeyd edək ki, prodüser Tamilla müğənni Elton Hüseynəliyevin həyat yoldaşıdır. Tamilla Eltonla ailə qurduqdan sonra həyat yoldaşı onu işdən uzaqlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə