Türkiyəli rejissor Nəsli Çölgeçənin ssenarisi əsasında 3 il ərzində ərsəyə gələn "Çalsın sazlar" filminin qala gecəsi baş tutub. SİA-nın verdiyi xəbərə görə, gecənin qonaqları arasında ekran işində baş rolda çəkilən Bəlçim Bilgin, Caner Cindoruk, Engin Hepileri ilə yanaşı, müğənni Kənan Doğulu və xanımı Beren Saat, Sertab Ərənər, Tuba Ünsal, Gökçe Bahadır, Yeliz Şar-Tolqa Gülüç cütlüyü, Bəlçimin həyat yoldaşı Yılmaz Ərdoğan, Büllur Kalkavan, Cansu Tosun, Qonca Vuslateri də olub.
Təqdimata aktrisa Bəlçim Bilgindən qabaq həyat yoldaşı gələrək açılış edib: "Kino sahəsindəki gəlir bölgüsünə baxanda görürük ki, ən az pul filmin prodüserinə düşür. Kinoya olan biletin biri 10 lirəyə (təxminən 3 manat), qarğıdalı isə 8 lirəyə (təxminən 2 manat) satılır. Qarğıdalı puluna film çəkirik. Bu sektorun qabaqcılları bir araya gəlib buna bir çarə tapmalıdırlar".
Qeyd edək ki, B.Bilgin filmdə səsləndirdiyi mahnılardan ibarət soundtrek albom hazırlayacaq.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB