Elzadan növbəti "şeir"

Bəstəkar-müğənni Elza Seyidcahan xəbər verdiyimiz kimi şairəlik etməyə başlayıb. SİA-nın verdiyi xəbərə görə, qələmə aldığı şeirlər çoxları tərəfindən qınaq obyektinə çevrilərək lağa qoyulsa da xanım sənətçi bu peşəsindən əl çəkmək istəmir.

Əməkdar artistin yeni "Oyun-oyuncaq dünyadır" adlı qeyri-adi şeirini sizlərə təqdim edirik:

Bu dünya bir oyuncaqdır

İçi dolu körpələri

Mən körpənin oyuncağı

7-notdur

Başqa bir şey deyil!

Bu dünya

Oyun-oyuncaqdan

Başqa bir şey deyil!

Kesme, bükmək deyil.

Vesmə cəkmək deyil,

Görün siz nəyədir meyil?

Baxın görün...!

Gileyin məğzi,

Küləyin səbəbi,

Oyuncağları sovurmaq!

Qarlı dağları ovutmaq!

Oyuncaqlar davasının savaşı!

Nə şirin oyuncağmış dünya?!

Çox ağır bir oyuncaqdır,

Gücə gəlməz.

Sözə yatmaz.

Yəni sənə çox şirindir,

Bu oyuncaq xülya?

Ay körpə

Ana südü, dağ çiçəyi verdi

Sənə bu dünya yetməzmi?

Dəyməz belə savaşa ki,

Körpələrin ingələri,

Oxu atdın, yay gizlədin, innələri!!

İynələri saplamadan, naxışların nə civarı?

Bu dünya oyun-oyuncaqdan

Başqa bir şey deyil!

Oyuncaqlardadır, feil davasının xəbəri!

Xəbər gəldi o taydan,

Yekə bir oyuncaqdan,

Oyun çıxdı nə boyda?

Uzunluğu bu boyda

Boydan-boya düzdülər

Düzdülər ha düzdülər,

Oyun-oyuncaqdan

Başqa bir şey deyil !!!

Bütün xəbərlər Facebook səhifəmizdə