Aktyor: “Serialdakı obraz mənim xarakterimdir”

Aktyor: “Serialdakı obraz mənim xarakterimdir”

"Həyat sən nə qəribəsən" serialında "Rəşad" rolunu canlandıran aktyor İlqar Musayev sözügedən filmdə canlandırdığı obrazından danışıb. Bu haqda SİA-ya aktyor ətraflı məlumat verib: ""Həyat sən nə qəribəsən" serialı bir müddət efirə getdikdən sonra mən də bu filmə dəvət aldım. "Rəşad" rolunu canlandıraraq tamaşaçılar tərəfindən olduqca sevildim. Onu da deyim ki, serialdakı müəyyən obraz mənim xarakterimdir. Serialdakı kimi şəxsi həyatımda da qlobal problemlərim olsa, həmin hərəkətləri edərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə