Türkiyəli müğənni Petek Dinçöz hamilədir. SİA-nın verdiyi xəbərə görə, həkimlərin iflic ola biləcəyi riski ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Petek ana olmaq istəyir. P. Dinçöz daha əvvəl qatıldığı televiziya proqramlarından birində bütün təhlükələrə rəğmən, ana olmağı çox istədiyini demişdi: "Anadangəlmə boyun sümüyüm tərsinədir. Doğuşdan sonra iflic olma təhlükəm var. Ölsəm, uşağa atası baxacaq. Analıq hissini yaşamaqdan ötrü hər şeyi gözə aldım".
Qeyd edək ki, Petek Dinçöz ötən yay iş adamı Sərkan Kodaloğlu ilə ailə qurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB