Sevinc Tofiqqızı və Qənirə Paşayeva yenidən bir arada

Sevinc Tofiqqızı və Qənirə Paşayeva yenidən bir arada

Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu yeni mahnını bu dəfə əməkdar artist Fidan Hacıyeva oxuyub. SİA-nın verdiyi xəbərə görə, bəstə "Görmürsən məni" adlanır. Bu haqda S.Tofiqqızı məlumat verib: "Qənirə xanımla işbirliyimiz davam edir. İnanıram ki, Fidan Hacıyevanın oxuyacağı bu mahnı dinləyicilər tərəfindən bəyəniləcək. Çünki Fidan xanım onu çox gözəl oxuyub. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 9-cu mahnıdır. Hələ bundan sonra da işlərimiz olacaq".

Qeyd edək ki, mahnının bekvokalını müğənni Leyla Babayeva ifa edib, aranjimanı isə Osman Həmidovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə