Aktyor-aparıcı Nicat Rəhimov "Bozbash Pictures" filminin təqdim olunacağı vaxt açıqlayıb. SİA-ya danışan Nicat 2015-ci ildə partlayışlar edəcəyini də xüsusi ilə diqqətə çatdırıb: "Bildiyiniz kimi "Bozbash Pictures" serialı hər həftənin cümə günü evlərinizin qonağı olur. 2014-cü ildə söz vermişdik ki, "Bozbash Pictures" serialının filmini də ekranlaşdırıb, dekabr ayında tamaşaçıların ixtiyarına verəcəyik. Ancaq montaj işlərinin tamamlanmasına görə, filmi təqdim edə bilmədik. Artıq bu ilin mart ayında "Bozbash Pictures" filminin qala gecəsi olacaq. Düşünürük ki, səs-küylü bir film ərsəyə gətirəcəyik. Onu da deyim ki, bu il yaradıcılığımda və şəxsi həyatımda partlayışlar edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə