Telekanalların birində aparıcı Ruhi Əliyevanın təqdimatında yayımlanan "Dəb Siz" verilişi bu ildən etibarən yayımını dayandırır. SİA-nın verdiyi xəbərə görə, bu haqda Ruhi danışıb: "Mənimlə çalışan hər kəsə, bütün komandaya təşəkkür edirəm. Ümidvaram ki, ötən mövsümdə xanımlarımız üçün nələrsə edə bildik. Onları gözəl görmək məni çox sevindirir".
"Dəb İkonası" kimi tanınan Ruhi Əliyeva yaxın aylarda daha bir layihə ilə tamaşaçıların qarşısına çıxacağını da açıqlayıb: "Bir az dincəlməyə ehtiyacım var. Amma tamaşaçılarıma, xüsusi ilə xanımlara söz sevirəm ki, onlar üçün daha da faydalı layihə ilə qayıdacağam. Hələ ki, layihənin necə olacağını demiyəcəm. Bircə onu deyə bilərəm ki, yenə də güclü və peşəkar komanda, fərqli layihə ilə görüşünüzə gələcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB