Müğənni təyyarədə qalmaqal yaratdı

Müğənni təyyarədə qalmaqal yaratdı

Türkiyəli müğənni Bülənt Ərsoy qalmaqal yaradıb. SİA-nın verdiyi xəbərə görə, Antalyadan İstanbula gəlmək üçün təyyarəyə minən ifaçı xəbərdarlıqlara baxmayaraq, təhlükəsizlik kəmərini taxmayıb. Havaya qalxmağa hazırlaşan təyyarənin pilotu Ərsoyun bu hərəkətinə görə uçuşu təxirə salıb.

Digər sərnişinlər də müğənninin inadına qarşı çıxaraq, şikayət edib. Bülənt daha sonra onlarla dalaşmağa başlayıb. Hava limanının işçiləri məsələyə qarışaraq, Ərsoyu yola gətirib. Bir saat davam edən mübahisədən sonra ifaçı kəmər taxmağa razılaşıb və təyyara yoluna davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə