Oya Ergün 2015 ildə nələr edəcək?

Oya Ergün 2015 ildə nələr edəcək?

Türkiyənin opera müğənnisi Oya Ergün 2015-ci ildəki planlarından danışıb. SİA-nın məlumatına görə, ifaçı konsert verəcəyini bildirib:"Cəmilə Cavadova ilə yenidən Amerika konserti vermək planımız var. 2015-ci ildə ölməz sənətkar Rəşid Behbudovun 100 illiyidir və onun repertuarındakı mahnılardan ibarət konsert proqramı ilə çıxış edəcəm. Həmin konsert proqramını Hollandiyada da təqdim etməyi planlaşdırıram. Dahi musiqiçinin repertuarındakı mahnılardan ibarət hazırladığım albomumu bütün Avropada tanıtmaq fikrindəyəm. Bu barədə artıq danışıqlara başlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə