Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu

Şou-biznesdə daha bir küsülülüyə son qoyuldu

Şou-biznesdə daha bir barışığa imza atılıb. SİA-nın verdiyi xəbərə görə, xeyli müddətdir küsülü olan müğənni Günay İbrahimli ilə prodüser Təranə Səmədova barışıb.

Prodüser bu haqda sosial şəbəkədə Günayla şəklini paylaşaraq bu sözləri yazıb: "Bizi sevənlər bu səmimi fotomuza çox sevinəcəklər. Gözləri götürməyənlər isə bir fincan su içsinlər. Əsas odur ki, biz simamızı itirmədik. Üzbəüz gələndə salamlaşmağa üzümüz qalmışdı deyə il yarımlıq "küsülülük" fasiləsi verib, barışıq sazişi imzalamışıq. Səni sevirəm gülüzlü Günkam, qoy bu ismarıcım da məndən sənə Yeni il hədiyyəm olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə