Son aylar klipləri və mahnıları ilə gündəmə gələn müğənni Vüsalə Rəcova uğurunun pərdə arxası məqamlarından danışıb. SİA-ya açıqlama verən sənətçi kliplərinin uğurlu alınmasının sirrini açıb: "Ekran işlərimin yaxşı alınması tərəf müqabilim ilə yaşadığım həqiqi sevgidir. Yəni klipdə rol xatirinə oynamırıq. Hər şey olduğu kimi təqdim olunur. Bəlkə də bu kliplərdən sonra çoxları həyatda xəyanətlə çox rastlaşdığımı düşünməyə başlayıb. Ancaq bu günə qədər sevdiyim insandan bir dəfə də olsun xəyanət görməmişəm. Xəyanət etsə, dünyanı dağıdaram, çox qısqancam (gülür). Klipimdəki toy səhnəsini canlandıran zaman da tərəf müqabilimlə gerçək hissləri yaşamışıq. Həmin gün hər ikimiz o qədər həyəcanlı idik ki, sanki öz toyumuz idi. Qafur mənim sırf tərəf müqabilim olsaydı, o həyəcanı bu qədər həssaslıqla yaşaya bilməzdim".
İfaçı real həyatda ailə qurmağı hələ ki düşünmədiyini dilə gətirib: "Mən alın yazısına çox inanıram. Allahın izni olmadan budaqdan yerə bir yarpaq belə düşə bilməz. Hər şey Allahın əlidədir. Bəzən elə xasiyyətlərimiz üzə çıxır ki, özümüz də şoka düşürük, amma şükür, dolanırıq. Xüsusilə onu da deyim ki, aramızı vuranlar da var".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB